ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit ReAL hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun azad olunması üçün başlanan kampaniyaya qoşulub.
Virtualaz.org bildirir ki, kampaniyanın təşkilatçıları sosial şəbəkədə Kris Smitin əlində İlqar Məmmədova azadlıq çağırışının əks olunduğu şəklini paylaşıblar.
Xatırladaq ki, bundan əvvəl Ukrayna təyyarəçisi, deputat Nadejda Savçenko, Krım tatarlarının lideri Mustafa Cemilov və bəzi digər tanınmışlar da İlqar Məmmədovun azadlığa buraxılmasını tələb etmişdilər.
Onu da xatırladaq ki, İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş verən iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib.


Şərhlər