Menu

ABŞ konsulluğuna hücum olub

04.07.2016, 09:29
ABŞ konsulluğuna hücum olub

Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ Konsulluğu qarşısında intiharçı özünü partladıb.

İyulun 4-də törədilmiş hücumda yalnız həmin şəxsin özü həlak olub, iki polis əməkdaşı isə yaralanıb.

2004-cü ildə Al-Qaeda silahlıları Ciddədəki konsulluğa hücum etmiş, beş yerli əməkdaşı öldürmüşdü. Təhlükəsizlik qüvvələri isə dörd silahlını qətlə yetirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol