Menu

"Ərdoğanının yeni bəyanatı vəziyyəti tamamilə dəyişir"

04.07.2016, 15:07

BASBAKAN ERDOGAN TBMM GRUP TOPLANTISINDA KONUSTUAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyənin prezidenti R.T.Ərdoğan ölkəsində suriyalı qaçqınlara vətəndaşlıq verilməsi təklifi ilə çıxış edib. «Financial Times»-ın yazdığına görə, bu təşəbbüs Ankara ilə Brüssel arasında münasibətləri mürəkkəbləşdirə bilər («Exo Moskvı»).

Xəbərdə deyilir ki, Türkiyə daxili işlər nazirliyi ölkə vətəndaşlığı almaq arzusunda olan suriyalılar üçün vətəndaşlıq verilməsi proseduru üzərində iş aparır. Bunu, Suriya ilə sərhəddə yerləşən Kilis şəhərində çıxışı zamanı prezident Ərdoğan bəyan edib. Bu bölgədə, müharibə səbəbilə, çoxsaylı suriyalı qaçqın məskunlaşıb.

Amma Türkiyə prezidenti vətəndaşlıq almaq iddiasında olan qaçqınların məhz hansı kriteriyalara cavab verməli olduğu məsələsinə aydınlıq gətirməyib. Eyni zamanda o, sözügedən planın rellaşdırılması müddəti barədə də heç nə deməyib.

Anonim qalan yüksək məqamlı türkiyəli məmur «Financial Times» - a danışıb ki, hələlik Ərdoğanın sözləri niyyət bəyanatı kimi başa düşülməlidir. Amma təkcə bu niyyətin özü də güman ki, Ankaranın Avropa İttifaqındakı həmkarlarında müəyyən suallar doğuracaq. Məlumdur ki, tərəflər miqrasiya məsələləri üzrə razılaşma sənədi imzalayıblar. Razılaşmaya görə, Türkiyə bəzi güzəştlərin qarşılığında qaçqın axınını dayandırmağa razılıq verib. Güzəştlər sıransında Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi məsələsi də var.

«Financial Times» qeyd edir ki, Ərdoğanının yeni bəyanatı vəziyyəti tamamilə dəyişir və Avropa İttifaqı çətin ki, öz ərazisində Türkiyə pasportlu Suriya qaçqınlarının olmasına razılıq versin.

Bildirək ki, hazırda Türkiyədə rəsmi olaraq, qaçqın qismində 2,5 milyon insan qeydiyyatdan keçib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol