Menu

Rus pilotun ailəsinə ev təklif edən bələdiyyə sədri - İşdən çıxarıldı

04.07.2016, 19:24
Rus pilotun ailəsinə ev təklif edən bələdiyyə sədri - İşdən çıxarıldı

Daha 70 nəfər partiya sıralarından ayrılıb.

Türkiyə tərəfindən vurulan rus təyyarəsinin pilotunun ailəsinə ev verməyi təklif edən bələdiyyə başçısı vəzifəsindən istefa verib.

Ans press-in məlumatına görə, bu səbəblə Milliyyətçi Hərəkat Partiyasından kənarlaşdırılması üçün nizam intizam komitəsinə göndərilən Antalyanın Kemer rayon bələdiyyə rəhbəri Mustafa Gülün vəzifəsindən getdiyi bildirilir.

Mustafa Gül ilə yanaşı aralarında Bələdiyyə Məclis üzvü, rayon icra başçısı və nümayəndələrdən ibarət 70 nəfər partiyadan ayrılıb.

Ötən həftə bildirlib ki, ev Antalya Kəmər bələdiyyəsinin təşəbbüsü ilə paraşütlə vurulan təyyarədən xilas olan, lakin eniş zamanı qətlə yetirilən pilot Oleq Peşkovun ailəsinə təqdim ediləcək.

Başçı Gül konsul Aleksandr Tolstopyatenkonu öz ofisində ziyarət edib. O, özü ilə hədiyyə gətirib. Tablo və türk şirniyyatını "münasibətlərimizin şirin qalması üçün sizə şirniyyat gətirdim" deyərək təqdim edib.

"Dövlət turizmin önünü açmaq üçün bu qədər iş görüb. Biz də belə bir jest etmək istədik. Kəmərdəki otellər və mülkilərin imzası ilə ölən pilotun ailəsinə ev verməyə qərar verdik. Bu təklif qəbul edilərsə, pilotun ailəsini Kəmərdə görmək bizi çox sevindirər".

Ötən il noyabrın 24-də Suriya ilə sərhəddə "Su-24" rus təyyarəsinin vurulmasından sonra Rusiya-Türkiyə münasibətləri soyumuşdu. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranmışdı. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış etmişdilər.

İnsidentdən sonra Rusiya Türkiyəyə qarşı bir sıra iqtisadi sanksiyalar tədbiq edib, təktərəfli viza sistemini bərpa edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol