Menu

Səudiyyə Ərəbistanında məsciddə güclü partlayış baş verib

04.07.2016, 21:08

serebitaniSəudiyyə Ərəbistanının şərqində, ƏI-Hətifə şəhərində məsciddə güclü partlayış baş verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin olduğu bildirilir.

İlkin məlumata görə, terrorçu-kamikadze məsciddə özünü partladıb. İnsidentin digər təfərrüatları barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, ötən gün Ciddə şəhərində ABŞ-ın Səudiyyə Ərəbistanındakı konsulluğu qarşısında özünü partlatmaq istəyən terrorçu-kamikadze zərərsizləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol