Menu

Hindistanın ABŞ-la milyardlıq sövdəsi - 4 ədəd dəniz-patrul təyyarəsi...

04.07.2016, 23:21
Hindistanın ABŞ-la milyardlıq sövdəsi - 4 ədəd dəniz-patrul təyyarəsi...

Xarici KİV-in yaydığı məlumata görə, Hindistan, Amerika Birləşmiş Ştatlardan (ABŞ) P-8ls «Neptun» markalı 4 ədəd dəniz-patrul təyyarəsi almağa hazırlaşır. Sövdənin ümumi məbləği 1 milyard dollar təşkil edir («TASS»).

Xəbərdə deyilir ki, Hindistanın nazirlər kabineti hərbi-dəniz qüvvələrinin ehtiyacı üçün əlavə 4 ədəd dəniz-patrul təyyarəsinin alınması sövdəsini artıq təsdiqləyib. Təyyarələr «Boeinq» markalı olacaq. Bu barədə Hindistan müdafiə nazirliyinin nümayəndəsi xəbər verib.

«ABŞ-dan əlavə 1 milyard dollar dəyərində 4 dəniz-patrul təyyarəsinin satın alınması barədə qərar ən yüksək səviyyədə qəbul olunub. Hazırda bəzi detalların razılaşdırılması üzrə işlər aparılır. Bu barədə kontrakt cari maliyyə ilinin sonunda (2017-ci ilin martına qədər) imzalanacaq. Bundan sonra Hindistan hərbi-dəniz qüvvələri sözügedən 4 təyyarəni 18 ay ərzində almağa ümid edir» - deyə, müdafiə nazirliyinin yüksək çinli məmuru qeyd edib.

«Neptun» dəniz-patrul təyyarəsi «Boeinq» şirkəti tərəfindən xüsusi olaraq Hindistan hərbi-dəniz qüvvələri üçün hazırlanır. Bu təyyarə «P-8A "Poseidon" təyyarəsinin modifikasiyasıdır.

Sözügedən təyyarənin əsas fərqləndirici komponentlərindən biri maqnit anomaliyası detekoruna və radar siqnallarını şüalandıran mənbənin yerini aşkarlamaq, identifikasiya etmək üçün xüsusi sistemə malik olmasıdır. Təyyarənin uçuş məsafəsi 1,9 min kilometrdən yüksəkdir. Sualtı qayıqlarla mübarizə üçün onlar «Raytheon» şirkəti tərəfindən istehsal edilən yüngül qayıq əleyhinə torpedolarla təchiz olunacaq. Torpedolar 6 kilometr yüksəkdikdən buraxıla biləcək. Təyyarə eyni zamanda, gəmi əleyhinə raketlər də daşıyacaq.

Məlumat üçün bildirək ki, hələ 2009-cu ildə Hindistan 2,1 milyard dollara 8 ədəd analoji təyyarə alıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol