Azərbaycanlı gəncin göstərdiyi fokus sosial şəbəkədə böyük marağa səbəb olub. ANS PRESS-in məlumatına görə, 28 yaşlı Samir Quliyevin əsl sənəti saç ustası olsa da, o, çəkdiyi videolarla daha çox məşhurdur. İllyuziya videoları çəkən Samir deyir ki, o, təsadüfən belə videolar çəkməyə başlayıb və onların bu qədər marağa səbəb olacağını güman etməyib.
"Günlərdən bir gün, sosial şəbəkədə "Magic vine" fenomeni olan Zak Kinqin videoları ilə qarşılaşdım. Gördüm ki, bizim ölkədə bu cür illyuziya videolara çox maraq var. İnsanlar tərəfindən maraqla qarşılanır. İstədim ki, bu, bizimdə ölkədə olsun. Qərara gəldim ki, Zak Kinqin gündəmə gətirdiyi "Magic vine" ənənəsini ölkəmizdə tətbiq edim".
"Videoların ərsəyə gəlməsi təxmiynən 3-4 saat çəkir. Videodan videoya fərq olduğundan, bəzən daha çox. Kənardan rahat görünsədə, əslində, çox incəlik və diqqət tələb edir.
Gələcəkdə foksçumuz çəkdiyi videolardan qısametrajlı film çəkməyi də düşünür. O, bunu isə peşekar insanlarla etməyi düşünür.
Biz sizə Samirin maraqlı videolarından bir neçəsini təqdim edirik. Amma onun videolarını izləmək istəyənlər "www.instagram.com/samir.ramizoglu" instagram səhifəsinə baxa bilərlər.


Şərhlər