Menu

Bağdad hava limanı atəşə tutulub: 40 nəfər yaralanıb

05.07.2016, 09:35
Bağdad hava limanı atəşə tutulub: 40 nəfər yaralanıb

İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanına yaxın ərazi raket atəşinə məruz qalıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 40-dan çox dinc sakin xəsarət alıb.

İlkin məlumata əsasən, hədəfdə hava limanının yaxınlığında yerləşən İranın müxalif “Mücahəddin Xalq" qruplaşmasının bazası olub. Raket zərbəsinin kim tərəfindən endirilməsi məlum deyil. "Mücahəddin Xalq” qruplaşması ötən əsrin 80-ci illərində İran-İraq müharibəsində Səddam Hüseynin tərəfində vuruşub.

Hadisə ilə əlaqədar İraq nəqliyyat nazirliyinin bəyanatında isə bildirilir ki, gərginlik aradan qaldırılıb və hazırda Bağdad aeroportu adi rejimdə işləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol