Vladimir Putin yeni qanun imzalayıb...
AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Prezident Vladimir Putin Rusiyada geni dəyişdirilmiş bitki və heyvanların yetişdirilməsini və çoxaldılmasını qadağan edən yeni qanun imzalayıb.
Bu sənəd qadağanı pozanlar üçün mülki məsuliyyəti nəzərdə tutur. Qanunun tələblərini pozanlar müvafiq olaraq, cərimələnəcəklər.
Amma qanun qəbul etmək bir məsələdirsə, onun işlək olması üçün şəraitin yaradılması başqa bir məsələdir. Belə ki, Rusiyada oxşar qanunlar (qadağalar) yetərincədir, amma onların demək olar, 99,0 faizi sadəcə, işləmir!
Gözləyək, görək, yeni qanun necə işləyəcək?..


Şərhlər