Menu

Türkiyə və ABŞ arasında gizli Suriya razılaşması

06.07.2016, 00:01
Türkiyə və ABŞ arasında gizli Suriya razılaşması

PKK və YPG-nin məqsədi sabitliyi bərpa etmək deyil. Əksinə, onlar bu torpaqlarda öz varlıqlarını qoruyub saxlamağa çalışırlar. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fransanın “Le Monde” qəzetinə açıqlamasında deyib.

“Sözügedən iki terror qruplaşmasının bölgədə güclənməsi çox təhlükəlidir. Bizim, Avropanın və ABŞ-ın təhlükəsizliyi üçün ciddi təhdid olacaq”, - Çavuşoğlu bildirib.

Nazir həmçinin Suriyanın Menbiç vilayətinin statusu ilə bağlı ABŞ-Türkiyə arasında gizli razılaşmanın olduğunu bildirib: “Bu gizli hərbi razılaşmadır. Bunun haqqında danışa bilmərəm”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol