Menu

Azərbaycan Ramazan bayramı qeyd edir

06.07.2016, 00:36
Azərbaycan Ramazan bayramı qeyd edir

Azərbaycanda bu gün və sabah Ramazan bayramıdır. APA-nın məlumatına görə, bu gün saat 09:00-da bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıdakı Təzə Pir məscidində bayram namazına qatılacaq.

QMİ Qazılar Şurası və Elmi-Dini Şurasının builki Ramazan ayı fətvasında müsəlmanlar üçün müqəddəs ayın 1-nin miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf etdiyi bildirilir.

Fətvada Ramazan bayramının isə Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsinə istinadən iyul ayının 6-na təsadüf etdiyi qeyd edilir.

Bayramla əlaqədar iyulun 6-sı və 7-si ölkədə qeyri-iş günüdür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol