Menu

Azərbaycanla sərhəddə erməni çoban itkin düşüb

06.07.2016, 12:00
Azərbaycanla sərhəddə erməni çoban itkin düşüb

Ermənistan-Azərbaycan sərhədində erməni çoban itkin düşüb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Xəbərdə Ermənistanın Tavuş vilayətinin Aknaxpur kəndinin 37 yaşlı sakininin qoyunları otarmağa apardığı və geri qayıtmadığı bildirilib.

Məlumata görə, itkin düşmüş şəxsin axtarışları davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol