Göygöl rayonunda usta işləyən şəxs bədbəxt hadisə nəticəsində ölüb.
İyulun 5-də Göygöl rayonunun Üçbulaq kəndindəki daş karxanasında usta işləyən rayon sakini Gündüz Abbasovu elektrik cərəyanı vurması nəticəsində ölüb.
Analoji hal Bakıda da baş verib. Belə ki, iyun ayının 29-da Xəzər rayonunun Zirə qəsəbəsindəki daş karxanalarından birində dəmirçi işləyən Lerik rayon sakini Məmməd Əsədov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.

Şərhlər