Menu

Göyçayda 14 yaşlı yeniyetmə suda boğulub

06.07.2016, 21:41

bogMəmmədov Vüqar Elşad oğlunun cəsədini atdığı yerdən 1000 metr aralıda tapılıb

Göyçay rayonunda suda boğulma hadisəsi baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay rayonu, Dövranlı kəndi ərazisindən keçən Şirvan kanalına 1 nəfərin (yaxınlıqdakı xilasetmə məntəqəsindən 120 km aralıda nəzarətsiz ərazidə) düşməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 2002-ci il təvəllüdlü Məmmədov Vüqar Elşad oğlunun cəsədini atdığı yerdən 1000 metr aralıda tapıb çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 19:15-də başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol