Menu

Restorana silahlı hücum: 3 ölü, 3 yaralı

07.07.2016, 14:55
Restorana silahlı hücum: 3 ölü, 3 yaralı

Türkiyənin Diyarbəkir vilayətində restorana silahlı hücum edilib.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Xəsarət alanların hamısı Türkiyə vətəndaşlarıdır. Polis hücum edənlərin axtarışına başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol