ABŞ polisi Vaşinqtonda Kapitoli binasını və ziyarətçi mərkəzini mühasirəyə alıb.
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bina işçilərinə oranı tərk etmək qadağan olunub. Onlara qapıları bağlamaq və pəncərədən uzaq qalmaq tövsiyə edilir.
Vaşinqton polisi Kapitoli ərazisində silahlı ola biləcəyi ehtimal edilən qadın axtarır. Kapitolidə yerli vaxtla saat 9:15-ə təyin edilən iclas təxirə salınıb.
ABŞ polisi Kapitoli binasından mühasirəni götürüb.
"Report" CNBC-yə istinadən xəbər verir ki, axtarışlar zamanı heç bir şübhəli vəziyyətə rast gəlinməyib.
Hazırda Kapitolidəki ofislər normal iş fəaliyyətinə keçib.


Şərhlər