AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, göyərtəsində rusiyalı dənizçilər olan «Temeteron» tankeri Liviya sahəllərində saxlanıb. Hazırda gəmi Tripolidəki hərbi limandadır.
Sevastopol insan haqları müvəkkili Pavel Butsayın verdiyi məlumata görə, gəimi heyəti qaçaqmalçılıqda şübhəli bilinir.
Xəbərə görə, heyətin 3 üzvü Rusiya vətəndaşı, 5 nəfəri ukraynalı, bir nəfəri isə yunandır.
Müvəkkilin sözlərinə görə, böyük ehtimalla, gəmi müxalifət gücləri tərəfindən saxlanıb. Bu halda həmin qüvvələr Rusiya diplomatları ilə görüşdən imtina edə bilərlər. Butsay əlavə edib ki, hələlik dənizçilərlə heç bir əlaqə yoxdur.


Şərhlər