Menu

Bir gecədə üç evə basqın edən maskalı şəxs tutuldu - FOTOLAR

09.07.2016, 14:07
Bir gecədə üç evə basqın edən maskalı şəxs tutuldu - FOTOLAR

Tərtərin Qaraqoyunlu kəndində evlərə basqın edən maskalı şəxs saxlanılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, saxlanılan şəxs elə həmin kəndin sakini, 21 yaşlı Ağacanov Azər Ağacan oğludur.

Tərtər Rayon Polis Şöbəsinin müstəntiqi Tural Əhmədli APA-ya bildirib ki, saxlanılan şəxs artıq əməlini etiraf edib.

Müstəntiqin sözlərinə görə, A. Ağacanovun basqın etdiyi ailələrin hər üçü ailə başçısını itirib.

O, aprelin 20-da qarət məqsədilə kənd sakinləri Maral Əliyeva, Tamella Əliyeva və Nəzakət Məmmədovanın evlərinə girsə də, məqsədinə nail ola bilməyib.

A. Ağacanov cinayət məsuliyyətinə cəlb edilib. Araşdırma davam edir.

[gallery columns="5" size="full" ids="232624,232625,232626,232627,232628"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol