Menu

Azərbaycanla sərhəddə erməni hərbçisi ağır yaralandı

11.07.2016, 00:54
Azərbaycanla sərhəddə erməni hərbçisi ağır yaralandı

Ermənistanın Tavuş vilayətində Azərbaycan-Ermənistan sərhədində bu gün günorta saatlarında Ermənistan ordusunun hərbi qulluqçusu yaralanıb. ANS PRESS-in "Novost-Armeniya" saytına istinadən verdiyi məlumata görə, yaralanan İrəvan sakini Tiqran Vaçaqanoviç Mkrtçyan olub.

Hərbi qulluqçu Noyembryan şəhərinin tibb mərkəzinə çatdırılıb, onun vəziyyəti sabit ağır kimi qiymətləndirilir.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, "hərbçi qarşı tərəfin qülləsinə tuş gəlib."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol