Menu

NATO-nun qərarları Rusiyanı hərəkətə keçirdi - İzahat

11.07.2016, 00:58
NATO-nun qərarları Rusiyanı hərəkətə keçirdi - İzahat

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəs Mariya Zaxarova Varşavada keçirilən NATO sammitində qəbul edilən qərarları şərh edib.Axar.az xəbər verir ki, Zaxarova NATO-nun hələ də hərbi-siyasi mövcudluğunu davam etdiyini bildirib.

O qeyd edir ki, NATO şərqdə heç bir təhlükə olmasına baxmayaraq, bu istiqamətdəcə hərbi fəallığını artırır, ancaq cənubda terror təhlükəsinin olmasına baxmayaraq, heç bir tədbir görmür.

Zaxarova iyulun 13-də keçiriləcək NATO Şurasının növbəti iclasında alyansdan izahat gözlədiklərini bildirib.

Qeyd edək ki, Varşava Sammitində (8-9 iyul) NATO Şərqi Avropada hərbi fəallığın gücləndirilməsi istiqamətində tədbirlər görüləcəyi barədə qərar vermişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol