Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın maraqlı fotoları üzə çıxıb. Fotolar Ərdoğan basketbol oynayarkən çəkilib.
Anspress-in məlumatına görə, prezident daha əvvəllər də müsahibələrində çəkisini qorumaq üçün müntəzəm olaraq idmanla məşğul olduğunu açıqlamışdı. Səhər saatlarında prezidentin basketbol oynayarkən çəkilmiş fotoları isə sosial şəbəkədə böyük maraqla qarşılanıb.
Daha əvvəl gənclərlə görüşündə tələbələrdən birinin "idmanla məşğul olursunuzmu?" sualını cavablandıran prezident basketbol, qaçış və ağırlıq qaldırma ilə məşğul olduğunu, səhərlər açıq havada idman etməyi sevdiyini bildirmişdi.
[caption id="" align="alignnone" width="600"] Rəcəb Tayyib Ərdoğan basketbol oynayarkən[/caption]
Futbol matçına Bilal Ərdoğan, Acun İlıcalı, Fatih Terim, Yıldırım Demirörən, Tanju Çolak, Tolqahan Sayışman, Ridvan Dilmən, Kadir Topbaş, Yılmaz Ərdoğan, Əziz Babuşçu və Fəttah Canın da qatıldığı bir komanda da yaşıl meydana çıxmışdı.


Şərhlər