Menu

Erməni ailə qətlə yetirildi

11.07.2016, 13:45
Erməni ailə qətlə yetirildi

Gürcüstanda Axalkalaki rayonunun Vaçian kəndində erməni ailə qətlə yetirilib.

APA-nın “news.am”-a istinadən verdiyi məlumata görə, ötən gün 37 yaşlı ana və 7, 16, 18 yaşlı uşaqların meyitləri yaşadıqları evdə aşkar edilib. Onların meyitləri qonşular tərəfindən tapılıb. İlkin məlumata görə, qətl bir neçə gün əvvəl baş verib.

Ana və iki qızı başlarına küt alətlə zərbə etdirilərək qətlə yetirilib, oğlanı isə boğaraq öldürüblər. Evdə bütün əşyalar alt-üst edilib.

Ailə başçısı Rusiyada işləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol