Menu

Məcburi eniş edən “Air İndia” ​təyyarəsi - Azərbaycanda təmirə dayanıb

11.07.2016, 15:46
Məcburi eniş edən “Air İndia” ​təyyarəsi - Azərbaycanda təmirə dayanıb

Təyyarənin sərnişinləri və heyəti şirkətin digər təyyarəsi ilə Bakıdan yola düşüb

Ötən gün saat 22:00 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanında məcburi eniş edən London-Mumbai marşrutu üzrə təyyarənin sərnişinləri və heyəti şirkətin digər təyyarəsi ilə bu gün saat 14:37-də Bakıdan yola düşüb.

Hava Limanından “Report”a bildirilib ki, göyərtəsində 236 nəfər sərnişin olan “Air İndia” aviaşirkətinə məxsus təyyarə təmir olunmalıdır.

Qeyd edək ki, sözügedən marşrut üzrə aviareyslər “Boeing 787” təyyarəsi ilə həyata keçirilir. Təyyarə texniki problemlər səbəbindən məcburi eniş edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol