Menu

Roma Papasının Bakıya səfər tarixi bilindi

11.07.2016, 17:05
Roma Papasının Bakıya səfər tarixi bilindi

Roma Papası Fransiskin Azərbaycana səfər proqramı açıqlanıb.

APA-nın Vatikanın saytına istinadən verdiyi xəbərə görə, Papa oktyabrın 2-də Gürcüstandan Azərbaycana gələcək.

Rəsmi qarşılanmadan sonra Papa Müqəddəs Məryəm Katolik kilsəsinə gedəcək.

Papa Fransiskin Azərbaycan prezidenti İlham Əliyev, hakimiyyət nümayəndələri və Heydər məscidində bütün Qafqazın şeyxi ilə təkbətək, habelə pravoslav kilsəsi və yerli yəhudi icması ilə görüşü planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol