“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Erkən nikahlar: reallıqlar və onların fəsadları barədə maarifləndirmə” layihəsinin icrasını 11 iyul 2016-cı il tarixində Saatlı rayonunda davam etdirib.
Tədbiri giriş sözü ilə təşkilatın sədri Qəribova Həbibə açaraq mövzunun aktuallığı barədə geniş məlumat verib. Statistikaya görə erkən nikahların ən çox təsadüf edildiyi regionlardan biri də respublikamızın Aran zonasıdır. Bu problemin həlli yollarından biri də təhsilli gənclər yetişdirməkdən ibarətdir. Saatlı rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəriman Ağayev, rayon mərkəzi kitabxanasının direktoru Sakit Bağırov, rayon ziyalılarından Mehdi Mehdizadə öz çıxışlarında bu sahədə olan problemlərin yaranma səbəblərindən və onların aradan qaldırılması yollarından danışdılar. Layihənin eksperti Tələt Qəribov bu layihənin əsas məqsədinin maarifləndirmə yolu ilə gənclərimizi erkən nikahdan çəkindirmək və bu problemin azaldılmasına xidmət etməkdən ibarət olduğunu göstərib. Sonda tədbir iştirakçılarına mövzunun adını əhatə edən yazılı köynək və bukletlər paylanıb.
[gallery columns="5" ids="233538,233539,233540,233541,233542"]


Şərhlər