Menu

Astanada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilir

13.07.2016, 09:27

xezeryani_420x250Bu gün Qazaxıstanın paytaxtı Astanada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilir.

APA-nın xəbərinə görə, görüşdə Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin razılaşdırılması, Xəzərdə əməkdaşlığın müxtəlif istiqamətləri, Astanada keçirilməsi planlaşdırılan Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinə hazırlıq məsələləri müzakirə olunacaq.

Görüşdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol