Menu

Türkiyənin tanınmış aktyoru xəstəxanaya yerləşdirilib

13.07.2016, 10:53
Türkiyənin tanınmış aktyoru xəstəxanaya yerləşdirilib

Hazırda reanimasiyada olan Kuzey Vargının vəziyyəti ağırdır

Türkiyənin tanınmış aktyoru Kuzey Vargın xəstəxanaya yerləşdirilib.

"Report" türk mətbuatına istinadən xəbər verir ki, hazırda reanimasiyada olan aktyorun vəziyyəti ağırdır.

K.Vargın yüksək qan təzyiqindən əziyyət çəkir. 2014-cü ildə yüksək qan təzyiqinə görə xəstəxanaya yerləşdirilən aktyorun uzun müddət huşu özündə olmayıb. 2015-ci ildə isə ona parkinson xəstəliyi diaqnozu qoyulub və uzun müddət xəstəxanada müalicə alıb.

K.Vargın səhhətində olan problemlərə baxmayaraq, filmlərdə və televiziya seriallarında çəkilməyə davam edib.

Qeyd edək ki, 1940-cı il iyunun 15-də anadan olan aktyor, 1960-cı ildən filmlərə çəkilməyə başlayıb.

Türk kinosunun mənfi qəhrəmanı kimi tanınan aktyorun son rolu "Kurtlar Vadisi Pusu" serialında canlandırdığı Adil Əşrəfoğlu obrazı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol