Bolqarıstan Türkiyənin Avropa Birliyinə üzv seçilməsi yolunda ən yaxşı vəkillərindən biridir.
Axar.az xəbər verir ki, bu sözləri Bolqarıstan Prezidenti Rosen Plevneliyev deyib.
Prezident NATO-nın Varşava sammitində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdüyünü də bildirib:
“Ərdoğanla üz-üzə gəldikdə dostyana söhbətlər edirik. Sonuncu görüşümüzdə xarici işlər nazirimiz olan Daniel Mitovu siqaret çəkərkən yaxalayan Ərdoğan ondan bu zərərli vərdişi tərgitməyi xahiş etmiş və 6 ay sonra ona yenidən zəng edəcəyini demişdi. Mən rəsmi Ankaranın miqrant siyasətindən Avropa liderlərinə bəhs etmişəm. Biz Türkiyənin AB-yə üzv olması yolunda ən yaxşı vəkillərindən biriyik”.


Şərhlər