Menu

AZAL dünyanın ən yaxşı 70-ci aviaşirkətidir

13.07.2016, 22:52

azal«Azərbaycan Hava Yolları» aviaşirkəti dünyanın ən yaxşı 100 aviaşirkəti sırasında yer alıb.

Virtualaz.org-a aviaşirkətlərin və hava limanlarının göstərdiyi xidmətlərin keyfiyyətinin öyrənilməsində ixtisaslaşmış «Skytrax» konsaltinq şirkətindən verilən məlumata əsasən, «TOP-100»də AZAL 70-ci yerdədir.

Reytinqdə ilk yeri «Emirates» aviaşirkəti tutub. İlk üçlüyə həmçinin «Qatar Airways» və «Singapore Airlines» daxildirlər.

«Türkiyə Hava Yolları» dünyanın ən yaxşı aviaşirkətləri arasında 7-cidir.

Rusiya şirkətləri arasında ən yaxşı göstərici «Aeroflot»dadır — 40-cı yer. «TOP-100»də digər postsovet ölkələrinin nümayəndələri yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol