Menu

Ukrayna prezidenti Azərbaycana səfərə gəlib

13.07.2016, 23:18
Ukrayna prezidenti Azərbaycana səfərə gəlib

Ukraynanın Prezidenti Pyotr Poroşenko iyulun 13-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Report" AZƏRTACa istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukraynanın Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Pyotr Poroşenkonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol