Menu

Məşhur futbolçu rekord təklifi qəbul etmədi - 50 milyon avro 

13.07.2016, 23:30
Məşhur futbolçu rekord təklifi qəbul etmədi - 50 milyon avro 

28 yaşlı forvarda ildə 50 milyon avro məvacib təklif olunub.

"Napoli"nin hücumçusu Qonzalo Hiquain Çinin "Hebei China Fortune" klubuna keçməkdən imtina edib. ANS PRESS-in məlumatına görə, 28 yaşlı forvarda ildə 50 milyon avro məvacib təklif edilib.

Argentinalı hücumçu rəqabətədavamlı liqada oynamaq istədiyindən bu təklifi geri çevirib. Hiquain "Hebei Fortune"da oynamağa razı olsaydı, Messi və Ronaldonu qabaqlayıb dünyanın ən ödənişli futbolçusu ola bilərdi.

O, 2013-cü ildə "Real Madrid"dən "Napoli" klubuna keçib və ötən mövsüm A Seriyasının bombardiri olub.

Hiquain bir müddət əvvəl Amerika kubokunda məyus olmuşdu. O, Argentina millisi ilə çempionatın həll edici görüşündə Çili yığmasına penalti seriyasında məğlub olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol