Menu

Pakistanın döyüş təyyarəsi Bakıya gətirilir

14.07.2016, 23:35
Pakistanın döyüş təyyarəsi Bakıya gətirilir

Pakistan istehsalı olan JF-17 "Thunder" qırıcı-bombardmançı sentyabr ayının 27-dən 30-dək Bakıda keçiriləcək ADEX-2016 beynəlxalq müdafiə sərgisində nümayiş olunacaq.

Döyüş təyyarəsi Bakı Ekspo Mərkəzinin açıq ekspozisiyasında əyani şəkildə nümayiş etdiriləcək. Təyyarə Pakistandan Bakıya və geriyə uçuş edəcək. Təyarənin istehsalçısı Paksitan Aeronautical Compleksdir (PAC). İstehsalçı sərgidə təyyarənin döyüş yükünü və digər imkanlarını sərgiləyəcək.

Pakistan tərəfi Azərbaycanla JF-17 “Thunder” döyüş təyyarəsinin alğı-satqısı üzrə danışıqların getdiyini açıqlayıb. 2014-cü ilin sonlarında Pakistan təyyarələrin ixracında əsas problemlərdən olan mühərrrik məsələsini Rusiya ilə müqavilə bağlayaraq çözüb.

JF-17 “Thunder” - qırıcı-bombardmançı

JF-17 “Thunder” - qırıcı-bombardmançı

Qeyd edək ki, buna qədər Pakistan özü üçün istehsal etdiyi təyyarələrin mühərrikini Çin vasitəsi ilə Rusiyadan alıb. PAC nümayəndələri “AzeriDefence”yə təyyarənin Azərbaycana satışında qarşıya çıxan radar və radioelektron mübarizə sistemləri ilə bağlı problemin də çözüldüyünü qeyd ediblər.

Mövcud JF-17 təyyarələrində Fransanın THALES şirkətinin istehsalı olan radar və radioelektron mübarizə sistemləri yer alır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol