Menu

FRANSADA TERROR AKTI: azı 84 nəfər ölüb, 120-dən çox yaralı var - VİDEO+ FOTOLAR- Yenilənir

15.07.2016, 15:00
FRANSADA TERROR AKTI: azı 84 nəfər ölüb, 120-dən çox yaralı var - VİDEO+ FOTOLAR- Yenilənir

Son məlumatlara görə, Fransadakı terrorda ölənlərin sayı 84-ə, yaralıların sayı isə 120-ə çatıb. Ölən və yaralananlar arasında rus turistlər də var. Fransada Nitsada törədilən terror aktında azərbaycanlıların xəsarət alıb-almaması haqda məlumatları dəqiqləşdirir.

Azərbayacanın Xarici İşlər Nazirliyindən də ANS -ə verilən  məlumata görə, yerli hakimiyyət orqanları ilə araşdırma aparılır.

Fransa prezidenti Olland baş verən dəşətli terror hücumuna münasibət bildirib. O, bunun dəyərlərə, insan haqlarına hücum olduğunu deyib: “Terrora qarşı mübarizədə hər şeyi etməliyik. Hücumu reallaşdıran şəxsin yanında başqalarının olub-olmadığını hələlik bilmirik. Araşdırmalarımız davam edir. Fransa milli bayram günü vuruldu. Bu bayram, azadlıq və insan hüquqlarının bayramıdır. Hücumun hədəfində də sözsüz ki, bu dəyərlərdir”.

Olland fövqəladə vəziyyətin daha 3 ay uzadılacağını da bildirib.

**************

Fransanın cənubundakı Nice şəhərində, 14 İyul Bastiliya Günü qeyd edilən zaman, Promenade Des Anglais küçəsində saat 22.30 radələrində bir yük avtomobili camaatın üzərinə sürülüb.

Atəşfəşanlığı izləyən insanların içərisinə 90 kilometr/saat sürətlə girərək təxminən 2 kilometr məsafə qət etdiyi bildirilən yük avtomobilinin altında qalan və üzərinə atəş açılan ən azı 80 insan həyatını itirib.

Fransa mətbuatı terrorçunun 31 yaşında Nice-da yaşayan bir Tunisli olduğunu iddia edib.

FÖVQƏLADƏ HAL UZADILIB

Fransa Prezidenti Fransua Holland, hadisədən sonra verdiyi açıqlamada "Nazirlərimizlə yeni tədbirlər gördük, 10 min əsgər və polis qüvvələrinin səfərbər edildiyi əməliyyatlar davam edəcək. 26 İyulda sona çatdırılması planlaşdırılan fövqəladə hal 3 ay daha uzadılmışdır" deyib.

Hadisədə 77 nəfərin öldüyünü açıqlayan Holland, hücumu təşkil edən terrorçunun istifadə etdiyi yük avtomobilində başqalarının da olduğu iddialarına dair olaraq, "Hazırda hücumu təşkil edənin yanında başqaları olubmu bilmirik" açıqlamasını da verib.

Holland, səhər təhlükəsizlik və müdafiə şurasının iclasının keçiriləcəyini də açıqlayıb.

YÜK AVTOMOBİLİNDƏN SURSAT VƏ BOMBA ÇIXIB

Terrorçunun istifadə etdiyi yük maşınından əhəmiyyətli miqdarda silah, sursat və bomba çıxıb.

FRANSA POLİSİ: 77 ÖLÜ

Teror aktında ölənlərin sayı 80 nəfəri keçib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə RTBF telekanalı məlumat yayıb.

“İlkin məlumata görə, ölənlərin sayı 80 nəfəri keçib, 100-dən çox insan yaralanıb”, - deyə məlumatda bildirilir.

Böyütmək üçün şəkillərə klikləyin

[gallery size="full" ids="234176,234177,234178,234179,234180,234181"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol