Neftçi və Kəpəz Çexiya komandalarına rəqib olub
Futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. Sportnet.az-ın məlumatına görə, püşk nəticəsində Azərbaycan klublarının da rəqibləri müəyyənləşib. "Qəbələ" Macarıstan MTK-sını üstələyəcəyi halda, Fransanın "Lill" komandası ilə üz-üzə gələcək.
"Neftçi" Makedoniya "Şkendiya"sına qalib gəlsə, Çexiya "Mlada Boleslav"ı ilə qarşılaşacaq.
"Kəpəz" isə Avstriya "Admira"sını yenəcəyi təqdirdə, Çexiyanın "Slovan" (Liberets) komandası ilə görüşəcək.

Şərhlər