Xarici KİV-in yaydığı məlumata görə, Fransanın Nitstse şəhərində törədilmiş terror aktından sonra Böyük Britaniyanın Baş naziri Tereza Mey bəyan edib ki, ölkəsi terrorçuluqla mübarizədə səylərini ikiqat artıracaq («TASS»).
«Əgər bu, bizim ehtiyatlandığımız terror aktıdırsa, o zaman biz, həyat tərzimizi dağıdan həmin qəddar qatillərə qalib gəlmək üçün səylərimizi ikiqat artırmalıyıq. Biz, Fransa və dünyadakı digər həmkarlarımız ilə birlikdə işləməliyik ki, azadlığımızın və dəyərlərimizin müdafiəsinə qalxa bilək» - deyə, baş nazir qeyd edib.
AzPolitika.info


Şərhlər