Menu

NƏZARƏT HÖKUMƏTİN ƏLİNƏ KEÇDİ - Binali Yıldırım

16.07.2016, 02:58

binali_yildirim_esas26"AzPolitika" bildirir ki, Türkiyə Baş Naziri Binali Yıldırım artıq nəzarətin hökumət tərəfində olduğunu bildirib. Yıldırım: "Artıq nəzarəti əlimizə keçirdik, qarşıdurma yaradan təşkilatçılar həbs olundu" deyə Yıldırım açıqlama verib.

Hazırda Havalimanında onlarla üsyançı əsgər və zabit həbs olunub. Xalq meydanlara çıxaraq bütün tankların uzaqlaşdırılmasına nail olublar. Türkiyənin bütün şəhərlərində xalq meydanlara toplaşıb. F-16-lar havadan üsyançıları zərərsizləşdirib.

Xatırladaq ki, Baş Qərərgah rəisi Hulisi Akarın girov götürülməsi xəbərini hökumət liderlərindən heç biri təkzib etməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol