Binali Yıldırım: "Bunu hər kəs bilir Fətullah Gülən terroristlərin başçısıdır"
"AzPolitika" bildirir ki, Türkiyə dövləti Baş naziri Binali Yıldırım Türkiyədə dünən gecə baş verən hadisələrlə bağlı açıqlama verib. Yıldırım: "Bu hadisə ilə bağlı çoxlu sayda həbsə olunanlar var və davam edəcəkdir, Türkiyə hökuməti lazımı tədbirlərin gorülməsində hər cür gücə malikdir, ölmək var dönmək yoxdur. Edam cəzası düşünülmür, Fətullah Gülənin terrorist başı olduğunu hər kəs bilir. Vətənə xəyanət edənlərin rütbəsi olmaz, hər bir qiyamçı lazımı cəzanı alacaqdır" deyə Yıldırım sərt açıqlamalar verib.

Şərhlər