Menu

XƏTAİDƏ BİNA SAKİNLƏRİNİN YOLUNU KİM SATIB? - Fotolar

16.07.2016, 15:59
XƏTAİDƏ BİNA SAKİNLƏRİNİN YOLUNU KİM SATIB? - Fotolar

İcra hakimiyyətləri tərəfindən yaşıllıqların, binaların qarşısındakı sakinlərin, uşaqların istirahət etdiyi ərazilərin satılması adi hal alıb. Ancaq Xətai Rayon İcra Hakimiyyəti bir addım da irəli gedərək vətəndaşların evlərinə getdiyi yolu belə satıb.

Belə ki, Həzi Aslanov metrostansiyasının çıxışındakı binalarda yaşayan sakinlər "AzPolitika.info"ya müraciət edərək, evlərinə gedən yolda obyekt  tikildiyini bildiriblər. Tikintini aparanlar Xətai Rayon İcra Hakimiyyətindən razılıq aldıqlarını deyiblər.

Ancaq sakinlər belə bir razılığın verilməsini mümkünsüz və qanunsuz hesab edirlər. Çünki bu tikinti onların evlərinə gedən yolu bağlayır. Ərazidəki binalarda yaşayanlar tikinti dayandırılmazsa, etiraz aksiyası keçirəcəklərini bildirirlər.

Mövzunu diqqətdə saxlayacağıq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol