Türkiyədə hakimiyyəti ələ keçirməyə qarşı cəhdin bir nömrəli səbəbkarı olaraq göstərilən, köhnə Hava Qüvvələri Komandiri General Akın Öztürk, Baş Qərargah rəisi Hulusi Akara müraciət edib.
"AzPolitika" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankarada nəzarətdə olduğu bildirilən köhnə Hava Qüvvələri Komandiri General Akın Öztürk, Baş Qərargah rəisi Hulusi Akara müraciət edib.
Akın Öztürk: "Ali Hərbi Şuranın üzvü olaraq millətinin əmrində olan mən Hava Qüvvələri Komandiri General Akın Öztürk, cəhd başladıqdan etibarən qısa müddət ərzində üsyançıların olduqları yerə çataraq davamlı bir şəkildə dəyərli Baş Qərargah rəisi General Hulusi Akar ilə birlikdə hərəkət etdim və yanında oldum. Millətimizi və demokratiyamızı hədəf alan bu cəhdin heç bir mərhələsində iştirak etmədiyim kimi, ölkəmiz baxımından ən az zərərlə dayandırılması üçün əlimdən gələni etdim. Hava Qüvvələri Komandiri General Abidin Ünalın istəyi üzərinə üsyançılara şəxsən müraciət edərək bir an əvvəl səhvlərindən dönmələri üçün böyük səy sərf etdim" deyə general müraciətini tamamlayıb.


Şərhlər