Türkiyədə indi hamı bu qəhrəman əsgər haqda danışır. Söhbət astsubay, baş çavuş Ömər Halisdəmirdən gedir.
O, Türkiyədə dövlət çevrilişinə rəhbərlik edənlərdən biri olan general Semih Terzini öldürüb.
"AzPolitika.info" Türkiyə mediasına istinadən məlumat verir ki, general Semih Terzi çevriliş sırasında Ankaradakı Özəl Qüvvətlər Komandanlığına gələrək yönətimə əl qoyduqlarını bildirir. O, 20 - 30 nəfərlə komandanlığın otağına girərək "bundan sonra komandan mənəm" deyir.
Bu zaman astsubay, baş çavuş Ömər Halisdəmir çəkinmədən silahını çıxararaq xuntaçı general Semih Terzini alnından vuraraq öldürür. General Terzi ilə birlikdə kələnlər isə onu şəhid edirlər.
[caption id="attachment_235193" align="alignleft" width="300"]

Bu hadisə FETO-çu şəbəkəyə ciddi zərbə vurur. Özəl Qüvvətlər Komandanlığındakı zabit və əsgərlər hərəkətə keçərək başçılarını itirmiş dəstəni zərərsizləşdirir. 3-nü öldürür, digərlərini həbs edirlər.
Şəhid baş çavuş Ömər Halisdəmir xuntaçı generalı öldürməyəcəyi halda, Özəl Qüvvətlər Komandanlığının fətullahçıların əlinə keçə bilərdi.
AzPolitika.info



Şərhlər