Menu

Azərbaycanda iki uşaq bədbəxt hadisə nəticəsində ölüb

18.07.2016, 12:13
Azərbaycanda iki uşaq bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycanda iki uşaq bədbəxt hadisə nəticəsində ölüb.

“Report”un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Xəbərə görə, hadisələrdən biri Ağcabədi rayonunda baş verib. İyulun 16-da Ağcabədi rayonunun Kürdlər kəndində yaşayan Səmərqə Süleymanovanın evində Bakı şəhər sakini, nəvəsi, azyaşlı Zəhra Abıyeva pəncərəyə quraşdırılmış dəmir barmaqlıqların arasında qalaraq boğulub.

Digər hadisə Xaçmazda qeydə alınıb. İyulun 16-da Xaçmaz rayonunun Məmmədxanlı İlxıçı kəndində azyaşlı Mirzəbəy Kərimov ehtiyatsızlığından su kanalına düşərək boğulub.

Faktlarla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol