Menu

Bakı 1 gün susuz qalacaq

19.07.2016, 10:49
Bakı 1 gün susuz qalacaq

Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində qəza baş verib.

Bu barədə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilir ki, qəza aradan qaldırılana qədər Bakı şəhərinin Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu və Xətai rayonlarının 24 saat fasiləsiz su alan bəzi ərazilərində məhdudiyyətlər tətbiq olunacaq və abonentlərin su təchizatı fasiləli (qrafik) rejimə keçiriləcək.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol