Menu

Vahid Mustafayevin son açıqlaması: “ŞOKDAYAM…”

19.07.2016, 11:20

VahidYayımına qadağa qoyulan ANS televiziyasının prezidenti Vahid Mustafayev telekanalın həyətində mühafizəçilərinin əhatəsində görünüb. ANS prezidentinə yaxınlaşan gununsesi.info-nun əməkdaşı ona baş verənlərlə bağlı sual edib. Olduqca gərgin vəziyyətində görünən Vahid Mustafayev şokda olduğunu deyib. “Özünüz, görürürsünüz, nə baş verir. Şokdayam. Söz tapmıram deməyə…”-deyən Vahid Mustafayev əməkdaşımızdan kənarlaşıb.

Fəaliyyəti dayandırılan ANS televiziyasının prezidenti Vahid Mustafayev və telekanalın vitse-prezidenti Mirşahin Ağayev prokurorluğa aparılıb. Telekanal rəhbərliyi dindirilmək üçün polis və prokurorluq işçilərinin müşaiyyəti ilə avtomobilə mindirilərək, prokurorluğa aparılıb.

Məlumata görə, ANS-ə terrorçuluğun təbligi və dəstəyə görə, cinayət işi açılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol