Menu

Ərdoğan Rusiyaya gedir - Kremldən açıqlama

20.07.2016, 14:47
Ərdoğan Rusiyaya gedir - Kremldən açıqlama

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bu ilin avqust ayının ilk on günündə Rusiya şəhərlərindən birində görüşəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Həqiqətən, hazırda diplomatik kanallar vasitəsilə Putin və Ərdoğan arasında görüş təşkil etmək üçün hazırlıqlar gedir. Bu görüşün avqustun ilk ongünlüyündə Rusiya Federasiyasında olacağı ilə bağlı razılığa gəlmişik. Amma şəhər və dəqiq tarix hələ bilinmir", - deyə D.Peskov bildirib.

D.Peskov görüşün Bakıda keçiriləcəyi ilə bağlı xəbərləri təkzib edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol