İstanbulda cəhdə qarşı əməliyyatlar davam edir.
"AzPolitika" xəbər verir ki, İstanbulun "Südlücə" adlanan ərazisində yerləşən İstanbul Ticarət Universitetində silah səsləri eşidilib və həyacanlı anlar yaşanıb. Belə ki, verilən məlumata görə hərəkətlilik universitet rektorunun cangüdənliyini edən polisin həbs edilməsi əsnasında yaşanıb. İstanbul Ticarət Universiteti rektoru Nazim Ekrənin polis mühafizəsi, onu həbs etmək üzrə universitet binasına gələn polislərə atəş açıb, polis əməkdaşları da mühafizəçi polisə cavab olaraq silaha əl atıblar. Bundan sonra hadisə yerinə xüsusi təyinatlı polis qüvvələri gəlib. Mühafizəçi polis xüsusi təyinatlı polislərin hadisə yerinə gəlməsinin ardından təslim olub.
Xatırladaq ki, Türkiyədə FETÖ terror təşkilatına qarşı əməliyyatlar bütün şəhərlərdə davam edir.


Şərhlər