Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov mətbuatda yayılan bəzi xəbərlərə dair açıqlama verib.
Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, D.Peskov Rusiyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı çevrilişin olacağına dair xəbərdar etməsi ilə bağlı iddiaların tamamilə yanlış olduğunu bildirib. Mətbuat katibi agentliklərin bu cür xəbərləri nəyə əsasən yazdıqlarını bilmədiyini də qeyd edib.
Qeyd edək ki, “Fars” agentliyinə istinadən xəbər yayılmışdı ki, Rusiya prezidenti Ərdoğanı hazırlanan çevriliş barədə əvvəlcədən xəbərdar edib.

Şərhlər