Menu

Kolleclərə qeydiyyat başlayıb

21.07.2016, 20:01
Kolleclərə qeydiyyat başlayıb

Doqquzillik təhsil bazasında kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başlayır.

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunanlar iyulun 21-dən 29-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtinası kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol