Menu

 Qayınata gəlinini bıçaqla qətlə yetirib - Xaçmazda

22.07.2016, 12:04

BicaqXaçmaz rayonunda qətl hadisəsi baş verib. "Report" daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, hadisə rayonun Uzunoba kəndində qeydə alınıb. Belə , həmin kəndin sakini Məlikməmməd Adıgözəlov keçmiş gəlini Rəmziyyə Əbdürrəhmanovaya bıçaqla xəsarət yetrib. R.Əbdürrəhmanova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Adıgözəlov tutulub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol