Menu

2005-ci ildən bəri problemli kreditlərin həcmi necə artıb?- HESABAT

22.07.2016, 13:03

kreditTransparency.az Azərbaycan Mərkəzi Bankının kredit qoyuluşları hesabatında son illərin göstəricilərinə nəzər salıb.

Hesabata görə, 2005-ci ildə vaxtı keçmiş kreditin həcmi 68,2 milyon manat olub.

2006-cı ildə 77,7 milyon manatlıq problemli kredit yaranıb.

2007-ci ildə qaytarılmayan kredit həcmi 100,3 milyon manata, 2008-ci ildə 159,8 milyon manata yüksəlib.

2009-cu ildə 303,5 milyon manatlıq vaxtı keçmiş kredit problemi yaşanıb.

2010-cu ildə məbləğ 492,9 milyon manata çatıb.

2011-ci ildə ölkədə 633,8 milyon manatlıq problemli kredit olub.

2012-ci ildə vaxtı keçmiş kreditin həcmi 748,8 milyon manata, 2013-cü ildə 792,8 milyon manata qalxıb.

2014-cü ildə kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşları hesabatında problemli kreditlər 976,3 milyon manat göstərilib.

Ötən ilin göstəricisinə görə, həcm 1 milyard 508,5 milyon manata çatıb.

2016-cı il iyunun 1-nə ölkədə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 514,2 milyon manat olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol