Bu, Türkiyədə dövlətə çevrilişinə cəhddən sonra tərəflər arasında baş tutan ilk görüşdür
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan arasında qapalı görüş başa çatıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 18:55-də Beştepedəki Prezident Sarayında başlayıb və təxminən 2 saat çəkib.
Qeyd edək ki, bu, Türkiyədə dövlətə çevrilişinə cəhddən sonra tərəflər arasında baş tutan ilk görüşdür.


Şərhlər